...

İran xalqı öz nüvə fəaliyyətindən geri çəkilməyəcək - Əhmədinejad

Dünya xəbərləri Materials 19 Yanvar 2011 15:23 (UTC +04:00)
Düşmənlər İranın nüvə fəaliyyətlərini dayandırmaq istəyir, lakin İran xalqı bir addım belə, geri çəkilməyəcək. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün Yəzd şəhərində çıxışı zamanı deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İran xalqı öz nüvə fəaliyyətindən geri çəkilməyəcək - Əhmədinejad

Düşmənlər İranın nüvə fəaliyyətlərini dayandırmaq istəyir, lakin İran xalqı bir addım belə, geri çəkilməyəcək. Bunu İran Prezidenti Mahmud Əhmədinejad bu gün Yəzd şəhərində çıxışı zamanı deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Əhmədinejad əlavə edib ki, İranın nüvə texnologiyası əldə etməsini istəməyən ölkələrin planları pozulub və İran artıq bu texnologiyanı əldə edib.

"İranın nüvə texnologiyası əldə etməsini istəməyən ölkələrin (Qərb ölkələri və ABŞ) qarşısında iki yol var və əlbətdə onlar öz seçimlərində azaddırlar. Birincisi, onlar yenə də İranın nüvə fəaliyyətlərinin qarşısını almağa çalışsınlar. Belə olduqda onlar keçmiş səhvlərini təkrarlayacaqlar. Ona görə ki, İran xalqı fəth etdiyi zirvədən geri çəkilməyəcək və onlar daha çox məğlubiyyətlərlə üzləşəcəklər",- Əhmədinejad bildirib.

İran Prezidenti Qərb ölkələri üçün ikinci yolu da göstərib və  deyib ki, həmin ölkələr İranla nüvə sahəsində əməkdaşlıq da edə bilərlər.

"İran artıq nüvə texnologiyasını əldə etmiş ölkədir və onlarla ədalət çərçivəsində əməkdaşlıq etməyə hazırıq", - Əhmədinejad deyib.

Prezident bunları 5+1 ölkələri (BMT TŞ-nin daimi üzvləri Fransa, ABŞ, Britaniya, Rusia, Çin və Almaniya) ilə İran arasındakı danışıqların növbəti mərəhələsi ərəfəsində deyib. İran və 5+1 ölkələrinin növbəti iclası yanvarın 21-də İstanbulda keçiriləcək.

BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə 6 qətnamə çərçivəsində dörd dövr iqtisadi sanksiyalar tətbiq edib. İran sanksiyaları qeyri-qanuni sayır və rədd edir.

Xəbər lenti

Xəbər lenti