...

İranın Qum şəhəri yaxınlığında qaz kəmərində partlayış baş verib (ƏLAVƏ OLUNUB-3)

Dünya xəbərləri Materials 11 Fevral 2011 16:48 (UTC +04:00)
Bu gün səhər yerli vaxtla saat 06:30 radələrində İranın Qum şəhəri yaxınlığında Ərak yolunun 20-ci kilometrliyində qaz boru kəmərində partlayış baş verib. Bu barədə Trend İslam Respublikasının asriran.com saytına istinadən məlumat verir.
İranın Qum şəhəri yaxınlığında qaz kəmərində partlayış baş verib (ƏLAVƏ OLUNUB-3)

İran Milli Qaz şirkətinin mətbuat xidmətinin rəhbərinin sözləri əlavə olunub (ilk xəbər 12:56-da yayılıb)

Bu gün səhər yerli vaxtla saat 06:30 radələrində İranın Qum şəhəri yaxınlığında Ərak yolunun 20-ci kilometrliyində qaz boru kəmərində partlayış baş verib. Bu barədə Trend İslam Respublikasının asriran.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, partlayış Qum şəhərində hiss olunub. Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlarla bağlı məlumat yoxdur.

İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, partlayış eyni vaxtda 3 qaz kəmərində baş verib. Məlumatda bildirilir ki, partlayış Qum əyalətinin Sələfçəqan şəhərinin şimalında yerləşən Tərlab adlanan yerdə baş verib. İranın Qum əyalətinin Qırmızı Aypara Cəmiyyətinin Fövqəladə Hallar İdarəsinin rəis müavini Məhəmmədrza Bəhrami hadisə ilə bağlı açıqlama verməkdən imtina edib və bildirib ki, hazırda Qırmızı Aypara Cəmiyyətinin işçiləri hadisə yerindədirlər.

MEHR xəbər agentliyinin məlumatına görə, İranın Qum əyalətinin qaz şirkəti bəyanat yayaraq bildirib ki, bu gün səhər Sələfçəqan regionunda qaz bou kəmərində baş vermiş partlayış zamanı ölən və yaralanan olmayıb. Bəyanatda bildirilir ki, boru kəmərində partlayış nəticəsində baş vermiş yanğın söndürülüb. Hazırda boru kəmərinin bərpası istiqamətində işlər görülür. Bəyanatda hadisənin baş vermə səbəbləri göstərilməyib.

MEHR agentliyinin məlumatına əsasən, İranın Milli Qaz Şirkətinin mətbuat xidmətinin rəhbəri Məcid Bucarzədi bildirib ki, Qum əyalətini qazla təmin edən üç boru kəmərində baş vermiş partlayışın səbəblərini araşdırmaq məqsədilə hazırda ölkənin Neft Nazirliyində fövqəladə iclas təşkil olunub. O, partlayışın baş vermə səbəbini dəqiq açıqlamasa da deyib ki, partlayış texniki nasazlığa görə baş verməyib.

Xəbər lenti

Xəbər lenti