...

İrandakı son mitinqlərdə 7 bəhai həbs olunub

Dünya xəbərləri Materials 16 Fevral 2011 17:09 (UTC +04:00)
Fevralın 14-də Tehranda keçirilmiş aksiyalarda bəhai icmasının 7 üzvü həbs olunub. Bu barədə Trend İranın /javandaily.com/ internet qəzetinə istinadən məlumat verir.
İrandakı son mitinqlərdə 7 bəhai həbs olunub

Fevralın 14-də Tehranda keçirilmiş aksiyalarda bəhai icmasının 7 üzvü həbs olunub. Bu barədə Trend İranın /javandaily.com/ internet qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatında "həbs edilmiş bəhailərin İsraildən göstəriş alaraq fevralın 14-də Tehrandakı iğtişaşların baş verməsində əsas rol oynadığı bildirilir". Onlar Tehrandakı mitinqlər zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.

Qeyri-rəsmi məlumatlara əsasən, ölkədə 300 min bəhainin yaşamsına baxmayaraq, İran bəhai dinini rəsmən tanımır. Bəhailərin 7 rəhbəri 2009-cu ildən həbsdədirlər və hər birinə 10 il həbs cəzası verilib.

Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi İran xalqını Misir və Tunis inqilablarını dəstəkləmək üçün aksiyaya dəvət edib. Fevralın 14-də keçirilən aksiyalarda 2 nəfər güllə yarasından həlak olub. Müxalifətin rəsmi /kaleme.com/ saytının məlumatına görə, Şiraz və İsfahan şəhərlərində küçələrə 1000-dən artıq nümayişçi çıxıb, polis mitinq iştirakçılarını qovmağa cəhd edib. İran KİV-in məlumatına əsasən, aksiyada 9 polis nəfəri də yaralanıb.

Xəbər lenti

Xəbər lenti