...

Brazilya klubu İranda futbol məktəbi açır

Dünya xəbərləri Materials 25 Fevral 2011 14:38 (UTC +04:00)
Brazilyanın Limeira şəhərinin "İnternasional" ("Paulista aslanları" kimi tanınır) futbol klubu yaxın gələcəkdə Tehranda futbol məktəbi açacaq.
Brazilya klubu İranda futbol məktəbi açır

Brazilyanın Limeira şəhərinin "İnternasional" ("Paulista aslanları" kimi tanınır) futbol klubu yaxın gələcəkdə Tehranda futbol məktəbi açacaq. Bunu İran və Brazilya dostluq birliyinin sədri Mir Qasım Mömini deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, klub ilk növbədə futbol məktəbini Tehranda açacaq. Məktəbin fəaliyyəti effektiv olsa, digər şəhərlərdə də yaradılması nəzərdə tutulur. Mömini əlavə edib ki, məktəbə futbola marağı olan 9-15 yaşlı yeniyetmələr qəbul olunacaq. "Onlar hər il yay tətillərində xüsusi kurslar keçmək üçün Brazilyaya göndəriləcəklər", - Mömini deyib.

Onun sözlərinə görə, Tehranda futbol məktəbinin açılması ilə bağlı artıq kulubla razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti