...

Iran IKT-nin fəaliyyətini tənqid edib

Dünya xəbərləri Materials 3 Aprel 2011 11:24 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İslam Konfransı Təşkilatının (İKT) son günlər müsəlman ölkələrində baş verən hadisələrdə passivliyini tənqid edib
Iran IKT-nin fəaliyyətini tənqid edib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İslam Konfransı Təşkilatının (İKT) son günlər müsəlman ölkələrində baş verən hadisələrdə passivliyini tənqid edib və deyib ki, beynəlxalq və regional təşkilatlar xüsusi ilə İKT bu sahədə daha ciddi rol oynaya bilər. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Mehmanpərəst bəzi ərəb və müsəlman ölkəlrində xalq hərəkatlarına qarşı zorakılıqları tənqid edərək deyib ki, hadisələrin bu formada gedişatı nə region üçün və nə də həmin ölkələr üçün yaxşı nəticələnməyəcək. Zorakılıqlar həddən artıqdır və günahsız insanların canları təhlükədədir.

Mehmanpərəst bəzi ölkələrdə mitinqlərin yatırılması üçün əcnəbi qüvvələrin gətirilməsi məsələsini sərt təqid edib . "ABŞ, İsrail və onları dəstəkləyən ölkələr heç vaxt müsəlman ölkəlrinin bir-biri ilə yaxınlaşmasını istəməyiblər.

Onlar həmişə çalışıblar ki, müsəlman ölkələri arasında ixtilaf yaratsınlar, müsəlman ölkələr bu məsələyə diqqətli olmalıdırlar", -deyə Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti