İranın müdafiə naziri Əhməd Vəhidi Üsamə bin Ladenin ABŞ qüvvələri tərəfindən öldürülməsinin şübhəli olduğunu və bu xəbərin ABŞ-ın maraqlarına xidmət etdiyini deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
"Bin Ladenin öldürülməsi iddiası şübhəlidir. Əgər bin Ladenin öldürülməsi düzdürsə, nə üçün bitərəf bir müşahidəçi bu əməliyyatı izləmədi?" - Vəhidi deyib.
O əlavə deyib ki, bu iddia düz olsa belə, artıq ABŞ-ın bölgədə qalmasına ehtiyac yoxdur və regionu tərk etməlidir.
"Əl-Qaidə" terror təşkilatının lideri olan Üsamə bin Ladenin öldürülməsi barədə məlumat may ayının 2-də yayılıb. ABŞ Prezidenti Barak Obama bir nömrəli terrorçu Üsamə bin Ladenin amerikalı hərbçilər tərəfindən öldürüldüyünü təsdiqləyib.