...

İranın xarici işlər naziri İraqa səfər edəcək

Dünya xəbərləri Materials 10 May 2011 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın günlərdə İraqa səfər edəcək. Bunu İran XİN-in sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Mehmanpərəst qeyd edib ki, səfər zamanı Salehi İraq rəsmiləri ilə regionda baş verən prosesləri və ikitərəfli əlaqələrin inkişafı məsələsini müzakirə edəcək.

Mehmanpərəst səfərin dəqiq vaxtını açıqlamayıb.

İranın xarici işlər naziri son bir neçə gün ərzində region ölkələrindən Qətər, BƏƏ və Omana, eləcə də Türkiyəyə səfər edib, regionda baş verən hadisələri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti