...

İranın Mədəni İrs və Turizm Təşkilatına yeni sədr təyin olunub

Dünya xəbərləri Materials 18 May 2011 16:20 (UTC +04:00)
İranın Fars əyalətinin sabiq başçısı Ruhullah Əhmədzadə Mədəni İrs və Turizm Təşkilatına sədr təyin olunub.
İranın Mədəni İrs və Turizm Təşkilatına yeni sədr təyin olunub

Azərbaycan, Bakı, 18 may /Trend/

İranın Fars əyalətinin sabiq başçısı Ruhullah Əhmədzadə Mədəni İrs və Turizm Təşkilatına sədr təyin olunub. Bu barədə Trend İranın mojnews.com xəbər saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, yeni sədr bu gündən rəsmən öz işinə başlayacaq.

Ruhullah Əhmədzadə bundan öncə jurnalist, Jurnalistika İnstitutunun rəhbəri, daxili işlər nazirinin müşaviri və DİN-in təhqiqat və araşdırmlar mərkəzinin sədri vəzifələrində çalışıb.

İranın Mədəni İrs və Turizm Təşkilatının sabiq sədri Həmid Bəqayi olub. Bəqayi aprel ayında prezidentin icraçı məsələlər üzrə müavini və Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti