...

Gürcüstan Prezidenti BMT-də çıxış edəcək

Dünya xəbərləri Materials 13 Sentyabr 2011 12:28 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili sentyabrın 22-də BMT-nin Baş Assambleyasında çıxış edəcək.
Gürcüstan Prezidenti BMT-də çıxış edəcək

Gürcüstan, Tbilisi, 13 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili sentyabrın 22-də BMT-nin Baş Assambleyasında çıxış edəcək.

"Gürcüstan Prezidentinin çıxışı qlobal və milli təhlükəsizlik, regional problemlər və münaqişələr, Gürcüstanda aparılan islahatlar və digər məsələlərə həsr olunacaq", - Trend-in məlumatına görə, jurnalistlərə Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Aleksandr Lomaya bildirib.

Onun sözlərinə görə, Gürcüstan Prezidenti ABŞ-a səfəri çərçivəsində müxtəlif ölkələrin siyasi liderləri ilə bir sıra görüşlər keçirəcək.

BMT-nin İnformasiya Mərkəzinin məlumatına görə, ümumi siyasi diskussiyalar sentyabrın 21-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında başlayacaq. Birinci gün Baş Assambleyanın tribunasından nümayəndələrə Braziliya, ABŞ, Rusiya, Fransa, Qazaxıstan və Ukraynanın rəhbərləri də müraciət edəcəklər.

Xəbər lenti

Xəbər lenti