...

ABŞ qoşunları bu ilin sonunadək İraqı tərk edəcəklər

Dünya xəbərləri Materials 22 Sentyabr 2011 07:23 (UTC +04:00)
Amerika qoşunları İraqdan əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq 2011-ci ilin sonunadək çıxacaqlar. Bu barədə İraqın vitse-prezidenti Hüdeyr əl-Xuzayi "Əs-Sumariya" telekanalına bəyan edib.
ABŞ qoşunları bu ilin sonunadək İraqı tərk edəcəklər

Amerika qoşunları İraqdan əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq 2011-ci ilin sonunadək çıxacaqlar. Bu barədə İraqın vitse-prezidenti Hüdeyr əl-Xuzayi "Əs-Sumariya" telekanalına bəyan edib.

O bu bəyanatı ABŞ-ın İraqdakı səfiri Ceyms Ceffri ilə görüşdən sonra səsləndirib. Öz növbəsində Ceffri ABŞ hökumətinin İraq hökuməti ilə bağlanmış müqaviləyə uyğun olaraq qoşunlarını bu ilin sonunadək bu ölkədən çıxarmaq istədiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.

O qeyd edib ki, ABŞ yenə də İraq hökuməti və xalqına azadlıq və demokratiya sahəsində ən yaxşı nümunə olmaq üçün yardım göstərməyə davam edəcək.

Xəbər lenti

Xəbər lenti