Azərbaycan, Bakı, 16 yanvar / Trend müxbir T.Cəfərov/
Ötən gün İranın Şuştər şəhərinin Karun aqrar-sənaye zavodunun mindən çox işçisi işlərini dayandıraraq zavod qarşısında etiraz aksiyası keçiriblər. Trend-in məlumatına görə, bu barədə İranın İLNA xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, zavod işçiləri əmək haqlarının aşağı olmasına və sığorta haqlarının ödənilməməsinə etiraz ediblər.
Etirazçılar aylıq əmək haqlarının artırılmasını və özlərinini sığortalanmalarını tələb ediblər.