...

İran rəsmisi: Təhlükəli virus yayılıb

Dünya xəbərləri Materials 19 Fevral 2012 11:23 (UTC +04:00)
“Stuxnet” virusu diqqətsizlikdən bəzi sənaye mərkəzlərinə yayılıb və statistikaya əsasən 16 min kompyuter bu virusa yoluxub.
İran rəsmisi: Təhlükəli virus yayılıb

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir T.Cəfərov/

"Stuxnet" virusu diqqətsizlikdən bəzi sənaye mərkəzlərinə yayılıb və statistikaya əsasən 16 min kompyuter bu virusa yoluxub. Trend-in məlumatına görə, İranın Fars agentliyi xəbər yayıb ki, bu barədə İranın milli təhlükəsizlik nazirinin texniki məsələləri üzrə müavini Ahəngəran deyib.

O, "Stuxnet" virusunun yoluxdurduğu 16 min kompyuterin İranda və ya dünyada olduğunu açıqlamayıb.

Ahəngəran deyib ki, İran sanksiyalarla üzləşdiyi üçün, anti-virus proqramlarını yeniləyə bilmir, bunun üçün də internet virusları ilə mübarizə apara bilmir.

"Stuxnet" virusu 2010-cu ildə İranın bəzi sənaye mərkəzlərinin o cümlədən Buşəhr nüvə stansiyasının kompüterlərinə düşüb və bu stansiyanın işinin bir müddət dayanmasına səbəb olub.

2010-cu ilin iyul ayında Kaliforniyada fəaliyyət göstərən "Symantec" şirkəti öz məruzəsində dünya ölkələrinin bir çoxunda "Stuxnet" virusunun yayıldığını elan edib. Şirkətin məruzəsində bildirilib ki, dünyada yayılmış virusun 60 faizi İranın internet şəbəkəsindədir.

İranın Nüvə Enerjisi Təşkilatının sabiq sədri (hazırda XİN rəhbəri) Əli Əkbər Salehi bildirmişdi ki, "Stuxnet" virusu Buşəhr nüvə stansiyasının əsas kompüterlərində yoxdur və bəzi şəxsi notbuklara düşüb. Buna baxmayaraq, İranın Passiv Müdafiə Təşkilatının rəhbəri Cəlali Almaniyanın "Siemens" şirkətini İranın nüvə stansiyalarına virus hücumunda təqsirli bilinərək məhkəməyə verilməsini tələb etmişdi.

BBC-nin məlumatına görə, SCADA proqram təminatı paketi Almaniyanın "Siemens" şirkətinin istehsalıdır. Bu proqram təminatı dünyanın bir çox ölkələrində böyük və mürəkkəb sənaye müəssisələrində, o cümlədən İranın atom müəssisələrində istifadə olunur.

Xəbər lenti

Xəbər lenti