...

Türkiyə öz tanklarını istehsal edəcək

Dünya xəbərləri Materials 30 Mart 2012 10:51 (UTC +04:00)
Türkiyə 2017-ci ilədək öz tanklarının istehsalına başlamağı planlaşdırır. Bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib. Trend-in məlumatına görə, bu barədə "Timeturk" qəzeti xəbər verir.
Türkiyə öz tanklarını istehsal edəcək

Azərbaycan, Bakı, 30 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyə 2017-ci ilədək öz tanklarının istehsalına başlamağı planlaşdırır. Bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib. Trend-in məlumatına görə, bu barədə "Timeturk" qəzeti xəbər verir.

"Türkiyə həmişə başqa ölkələrin buraxdığı tankları alıb. Hətta mövcud tankların modernləşdirilməsi belə xaricdə həyata keçirilir. Biz qərara aldıq ki, Türkiyə öz tanklarını istehsal etməyə qadirdir", - Yılmaz deyib.

Nazirin sözlərinə görə, hazırda Türkiyə bunun üçün lazımi infrastruktur və mütəxəssislər hazırlayır.

Türkiyənin müdafiə nazirinin müavini Murad Bayarın sözlərinə görə, ilk tankın buraxılması üzrə tenderi "Otokar" şirkəti udub.

Bir az əvvəl Türkiyə öz qırıcı təyyarələrinin buraxılışı proqramının hazırlanması niyyətində olduğunu bəyan etmişdi. 2020-ci ilədək reallaşdırılması nəzərdə tutulan bu proqram üçün 20 milyard dollar vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti