...

Türkiyə Suriyadakı vəziyyətə müdaxilə etməyə borcludur - XİN

Dünya xəbərləri Materials 30 Mart 2012 12:15 (UTC +04:00)
Türkiyənin Suriyadakı vəziyyətə müdaxiləsi Ankaranın şəxsi seçimi deyil, onun birbaşa öhdəçiliyidir.
Türkiyə Suriyadakı vəziyyətə müdaxilə etməyə borcludur - XİN

Azərbaycan,Bakı, 30 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Suriyadakı vəziyyətə müdaxiləsi Ankaranın şəxsi seçimi deyil, onun birbaşa öhdəçiliyidir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

"Türkiyə Suriyadakı vəziyyəti susaraq müşahidə edə bilməz. Bizim Suriya böhranına müdaxiləmiz labüddür", - Davudoğlu qeyd edib.

Nazirin sözlərinə görə, Əsəd rejimi böyük səhvlərə yol verib və bunu Əsədi dəstəkləməkdə davam edən İran, Rusiya və Çin də etiraf edir.

Davudoğlu bildirib ki, xalqın imtina etdiyi rejimi heç bir xarici qüvvə hakimiyyətdə saxlaya bilməz.

Bir az əvvəl Suriya hakimiyyəti Kofi Annanın ölkədə böhranın aradan qaldırılmasına dair təklif etdiyi planla razılaşıb. Martın 21-də BMT Təhlükəsizlik Şurası Annanın təkliflərinin "tam dəstəkləndiyi" ifadə olunan bəyanat qəbul edib.

Xəbər lenti

Xəbər lenti