...

İranlı mütəxəssislər dövlət müəssisəsinə növbəti kibernetik hücumun qarşısını alıblar

Dünya xəbərləri Materials 30 Aprel 2012 13:57 (UTC +04:00)
İranın informasiya texnologiyaları üzrə mütəxəssisləri Elm, Tədqiqtatlar və Texnologiyalar Nazirliyinin kompyuter şəbəkəsinə kiberhücumun qarşısını alıblar.
İranlı mütəxəssislər dövlət müəssisəsinə növbəti kibernetik hücumun qarşısını alıblar

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.Tariverdiyeva /

İranın informasiya texnologiyaları üzrə mütəxəssisləri Elm, Tədqiqtatlar və Texnologiyalar Nazirliyinin kompyuter şəbəkəsinə kiberhücumun qarşısını alıblar. Trend-in məlumatına görə, bu barədə Press TV telekanalı xəbər verib.

Bazar günü Nazirliyin kompyuter sistemi güclü kibernetik hücuma məruz qalıb, lakin mütəxəssislər təhlükəni vaxtında aşkar edərək onun qarşısını ala biliblər. Hazırda onlar nazirliyin kompyuter şəbəkəsinə haradan hücum olunduğunu müəyyən etməyə çalışırlar.

Bu, İranın dövlət müəssisələrinin şəbəkələrinə ilk hücum deyil. Aprelin 23-də İranın Neft Nazirliyini mətbuat katibi Nazirliyin və Milli Neft Şirkətinin saytlarına hücum haqqında məlumat vermişdi.

Martın əvvəlində İran hakimiyyəti Kibernetik Məkan üzrə Ali Şuranın yaradılması planlarına dair məlumat verib.

Xəbər lenti

Xəbər lenti