...

NAM ölkələrinin dövlət başçılarının XVI sammiti sentyabrda Tehranda keçiriləcək

Dünya xəbərləri Materials 1 May 2012 11:18 (UTC +04:00)
"Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin dövlət başçılarının XVI sammiti sentyabr ayının sonlarında Tehranda keçiriləcək.
NAM ölkələrinin dövlət başçılarının XVI sammiti sentyabrda Tehranda keçiriləcək

Azərbaycan, Bakı, 1 may / Trend müxbir T.Cəfərov/

"Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin dövlət başçılarının XVI sammiti sentyabr ayının sonlarında Tehranda keçiriləcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib. Bu barədə Trend İranın İRİNN televiziya kanalına istinadən məlumat verir.

Mehmanpərəst bir neçə gün sonra (mayın 9-da) NAM ölkələrinin XİN rəhbərlərinin görüşünün Misirdə keçiriləcəyini və həmin iclasda Tehran sammitinə hazırlıq məqsədi ilə müzakirələr aparılacağını deyib.

"Bitərəf Dövlətlər Hərəkatı" formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.

Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda "Bitərəf Dövlətlər Hərəkatı"nın yaradıldığı elan olunub.

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.

Xəbər lenti

Xəbər lenti