...

Gürcüstanın yeni Baş naziri təyin olunub

Dünya xəbərləri Materials 1 İyul 2012 03:43 (UTC +04:00)
Gürcüstan DİN-in rəhbəri Vano Merabişvili ölkə prezidenti Mixeil Saakaşvili tərəfindən Baş nazir vəzifəsinə təyin olunub.
Gürcüstanın yeni Baş naziri təyin olunub

Gürcüstan, Tbilisi, 1 iyul /Trend, N. Kirtsxalia/

Gürcüstan DİN-in rəhbəri Vano Merabişvili ölkə prezidenti Mixeil Saakaşvili tərəfindən Baş nazir vəzifəsinə təyin olunub.

Gürcüstan prezidentinin administrasiyası bunu təsdiqləyib.

İvane (Vano) Merabişvili prezident Saakaşvilinin ən yaxın tərəfdaşlarındandır. O, 2004-cü ildən Daxili işlər naziri vəzifəsində çalışmış, bundan əlavə isə Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi idi.

Sabiq baş nazir Nika Qilauri 2009-cu ildən bu vəzifəni tutmuşdur.

Ekspertlərin fikrincə, Saakaşvilinin bu qərarı bu ilin oktyabr ayında ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində güclü bir addımdır. Merabişvilini həm iqtidar, həm müxalifət nümayəndələri yüksək qiymətləndirirlər. Bir sıra sorğuların nəticələrinə görə Merabişvili Gürcüstan hökümətinin ən uğurlu naziri hesab edilir.

Xəbər lenti

Xəbər lenti