...

İranda hərbi təlimlərin ikinci günü keçirilir

Dünya xəbərləri Materials 3 İyul 2012 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçirdiyi "Böyük Peyğəmbər 7" üçgünlük hərbi təlimlərin ikinci günü keçirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MEHR agentliyi xəbər verir.

Bu gün İİKK bütün ölkə ərazisində müxtəlif yerlərdə yerləşdirilən və şərti hədəflərə atəş açan müxtəlif məsafəli raketləri (Şəhab I, II və III, Zelzəl, FATH, Tondar) sınaqdan keçirir.

İran ordusu "millətin qətiyyətini və hazırlığını" nümayiş etdirmək üçün üçgünlük hərbi təlimlər keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Press TV dövlət telekanalı general Əmir Əli Hacızadəyə istinadən xəbər verib.

"Böyük Peyğəmbər 7" təlimləri zamanı böyük, orta və kiçik məsafəli raketlər sınaqdan keçiriləcək.

Press TV-nin veb-saytında dərc olunmuş məlumatda deyilir ki, təlimlərin sonuncu günü qırıcılar və pilotsuz bombardmançılar sınaqdan keçiriləcək.

Xəbər lenti

Xəbər lenti