...

Türkiyə XİN Suriyanın Türkiyəyə məxsus təyyarəni təsadüfən vurması ilə bağlı bəyanatını yalan adlandırıb

Dünya xəbərləri Materials 4 İyul 2012 13:48 (UTC +04:00)
Suriya Prezidenti Bəşər Əsədin bu ölkənin Silahlı Qüvvələri tərəfindən Türkiyənin hərbi təyyarəsinin İsrailə məxsus olduğu güman edilərək vurulmasına dair bəyanatı yalandır.
Türkiyə XİN Suriyanın Türkiyəyə məxsus təyyarəni təsadüfən vurması ilə bağlı bəyanatını yalan adlandırıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriya Prezidenti Bəşər Əsədin bu ölkənin Silahlı Qüvvələri tərəfindən Türkiyənin hərbi təyyarəsinin İsrailə məxsus olduğu güman edilərək vurulmasına dair bəyanatı yalandır. Bunu Türiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin CNN Türk telekanalı çərşənbə günü xəbər verib.

"Bizdə Suriyanın təyyarənin Türkiyəyə məxsus olduğunu bildiyini təsdiqləyən səs yazıları var", - Davudoğlu deyib.

Nazirin sözlərinə görə, Suriyanın Türkiyə təyyarəsini bilərəkdən vurmasını ertəsi gün itmiş pilotları axtarmağa göndərilən ikinci təyyarənin də atəşə tutulması sübut edir.

"Əsədin Türkiyə təyyarəsinin əvvəllər İsrail təyyarələrinin istifadə etdikləri marşrutla hərəkət etməsinə dair bəyanatı da doğru deyil. Əgər elədirsə, nə üçün bu günə kimi İsrailin bir hərbi təyyarəsi belə vurulmayıb?" - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti