Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir T.Cəfərov/
İranın Kirmanşah əyalətinin Mİyanrahan şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 05:24-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.