...

İran Ermənistan vasitəsilə bank sanksiyalarından yan keçməyə çalışır

Dünya xəbərləri Materials 22 Avqust 2012 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend/

Beynəlxalq sanksiyalar İrana təzyiq göstərir və o, Ermənistanda öz banklarının sayını genişləndirməyə çalışır. Beləliklə, İran biznesə söykənməyə öyrəşən ölkələrdə hüquqlarının itməsini kompensasiya edir. Trend-in məlumatına görə, bu barədə Reyter agentliyi yazır.

İranın qonşu Ermənistana marağı İslam Respublikasının beynəlxalq təcridlə üzləşdiyi dövrdə artır. Bundan başqa Qərb hökumətləri və xüsusi xidmət orqanları İranın bütün dünya ilə olan bank əlaqələrini diqqətlə müşahidə edərək onun nüvə proqramının dayandırmağa çalışırlar.

Belə ayıqlığın təzahürünün ən yeni nümunəsi Britaniyanın "Standard Chartered" bankı ilə bağlıdır. Bu bank ABŞ-ın onun amerikalı tənzimləyici və səhmdarlardan 250 milyard dollara ayxın məbləğdə İranla bağlı transaksiyaları gizlətməsini bəyan etməsindən sonra diqqət mərkəzinə düşüb.

Ermənistanın İranla sıx ticarət əlaqələri var və o, Aİ ilə münasibətlərin yaxşılaşdırılması üzərində çalışır. Belə bir dövrdə maliyyə dayaqlarının genişləndirmək Tehrana çox asanlıqla beynəlxaql ödənişləri çaşdırmağa və Qərbin gizli xidmət orqanlarını aldatmağa imkan verir.

Hərçənd BMT-nin tətbiq etdiyi sanksiyalar məhduddur. Belə ki, yalnız iki İran bankı Təhlükəsizlik Şurasının qara siyahısına düşüb. Lakin ABŞ və Avropa İttifaqı onlarla bankı və şirkət cəzalandıraraq Tehrana dollar və avroda əməliyyatların həyata keçirilməsini çətinləşdirib, dövlətə qarşı daha çox sərt ölçülər tətbiq edib.
Tehrana qarşı sanksiyalara riayət olunmasını müşahidə edən BMT-nin Ekspertlər Komitəsi bu yaxınlarda TŞ-na məruzə göndərib.. Orada İranın bank məhdudiyyətlərindən yan keçmək üçün üsullar axtardığı göstərilir.

"İranla həmsərhəd olan bir dövlət İrandan sorğular haqqında komitəyə yeni maliyyə təşkilatlarının açılışı barədə müraciət olunduğunu bildirib. Sorğu, görünür, bu ölkənin mürəkkəb qanunvericiliyinə görə təmin edilməyib", - məruzədə deyilir.

BMT-nin Komitənin işi ilə tanış olan bir neçə diplomatı təsdiqləyiblər ki, adı açıqlanmayan dövlət İranla artıq bank əlaqələri olan Ermənistandır.

Diplomatlar bildirirlər ki, Ermənistanın qeyri-leqal bank razılaşmalarından imtina etməsinə baxmayaraq, İran bu ölkədə öz mövqelərini genişləndirmək cəhdlərini dayandırmır. Amerikalı məmurlar dəfələrlə erməni həmkarlarına onların maliyyə nəzarətini sərtləşdirmələri barədə xəbərdarlıq ediblər.

İranın Ermənistanla ticarəti transsərhəd bank əməliyyatları tələb edir. İran Prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, İranın Ermənistanla illik ticarət dövvriyyəsi 1 milyard dollara yaxındır.

Xəbər lenti

Xəbər lenti