...

Gürcüstan MSK səslərin 97 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Dünya xəbərləri Materials 3 Oktyabr 2012 08:55 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 3 590-dan (97,03 faiz) əldə edilən məlumatları hesablayıb.
Gürcüstan MSK səslərin 97 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Gürcüstan, Tbilisi, 3 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 3 590-dan (97,03 faiz) əldə edilən məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,8 faizlə (1 154 553 səs) liderliyini davam etdirir.

İkinci yerdə hakim "Vahid Milli Hərəkat" partiyası 40,4 faizlə (845 169 səs) qərarlaşıb.

Sonrakı yerləri, müvafiq olaraq, Georgi Tarqamadzenin Xristian Demokrat Hərəkatı 2,00 faizlə (42 823 səs) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası 1,2 faizlə (26 058) tuturlar.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti