...

İran Silahlı Qüvvələri hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 16:36 (UTC +04:00)
İran Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da Kirmanşah əyalətinin qərbində yerləşən Gilanqərb bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirəcək.
İran Silahlı Qüvvələri hərbi təlimlər keçirəcək

Azərbaycan, Bakı, 25 oktyabr / Trend, müxbir T.Cəfərov /

İran Silahlı Qüvvələrinin bölmələri oktyabrın 29-da Kirmanşah əyalətinin qərbində yerləşən Gilanqərb bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.

Agentlik İran Silahlı Qüvvələrin keçirəcəyi hərbi təlimləri "misli görünməyən" təlimlər adlandırıb və təlimlərin koordinasiyasını yaxşı səviyyədə həyata keçirmək məqsədi ilə oktyabrın 25-ə Silahlı Qüvvələrin komandirlərinin Gilanqərb şəhərində toplantısının keçirildiyini xəbər verib.

Təlimlərdə Silahlı Qüvvələrin quru qoşunları, helikopterləri və təyyarələri iştirak edəcək. Təlimlərin keçirilməsindən məqsəd, silahlı qüvvələrin hazırlıq vəziyyətinin və komandirlərin əməliyyatları idarəetmə səviyyəsinin artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti