...

Misirdə qatar məktəb avtobusu ilə toqquşub, 30-a yaxın insan həlak olub

Dünya xəbərləri Materials 17 Noyabr 2012 11:28 (UTC +04:00)
Misirin Asyut əyalətində qatar məktəb avtobusu ilə toqquşub, ilkin məlumata görə, 30-a yaxın şəxs həlak olub, onlarla insan yaralanıb.
Misirdə qatar məktəb avtobusu ilə toqquşub, 30-a yaxın insan həlak olub

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Misirin Asyut əyalətində qatar məktəb avtobusu ilə toqquşub, ilkin məlumata görə, 30-a yaxın şəxs həlak olub, onlarla insan yaralanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV xəbər yayıb.

Məlumata görə, Qahirə-Asuan marşrutu üzrə hərəkət edən qatar Manfalut yaşayış məntəqəsi yaxınlığında dəmiryol keçidində avtobusla toqquşub.

İlkin məlumata görə, əksəriyyəti uşaqlar olmaqla, 25-30 sərnişin həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti