...

Misir İranın parlament nümayəndələrinin Qəzzaya səfər etməsinə razılıq verib

Dünya xəbərləri Materials 27 Noyabr 2012 13:15 (UTC +04:00)
Misir İranın parlament nümayəndələrinin Qəzzaya səfər etməsinə razılıq verib, hazırda Xarici İşlər Nazirliyi parlament nümayəndələrinin Qəzzaya getməsi üçün viza məsələsini həll edir.
Misir İranın parlament nümayəndələrinin Qəzzaya səfər etməsinə razılıq verib

Azərbaycan, Bakı, 27 noyabr /Trend müxbir T.Cəfərov /

Misir İranın parlament nümayəndələrinin Qəzzaya səfər etməsinə razılıq verib, hazırda Xarici İşlər Nazirliyi parlament nümayəndələrinin Qəzzaya getməsi üçün viza məsələsini həll edir. Bu sözləri İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Hüseyn Nəqəvi deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Noyabrın ortalarında İsrailin Qəzzaya hərbi əməliyyatları zamanı, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin rəhbərliyi ilə parlamentinin bir qrup nümayəndəsi Qəzzaya səfər etmək üçün Misir hökumətinə müraciət etmişdi.

İsrail noyabrın 14-dən etibarən Qəzza zolağına hərbi əməliyyatlara başlamışdı. 8 gün davam edən hərbi əməliyyatlardan sonra İsrail və HƏMAS noyabrın 21-də atəşkəs barədə razılıq əldə etdi. Hərbi əməliyyatlar zamanı əksəriyyəti dinc sakinlər olan 160 fələstinli həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti