Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbirlər E.Tarıierdiyeva, T.Cəfərova/
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri dekabrın 13-də danışıqlar aparmaq məqsədilə Tehrana səfər edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Keyhan" qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, BAEA nümayəndələri ölkənin nüvə obyektlərinə baxmağı planlaşdırmırlar, lakin İranın rəsmi şəxsləri ilə görüşlər nəzərdə tutulub.
Qəzet yazır ki, əgər danışıqlar uğurla keçərsə, BAEA-nın 7 nəfərdən ibarət nümayəndə heyəti daha bir neçə gün Tehranda qala bilər.