...

Qazaxıstanda 27 nəfəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 25 Dekabr 2012 22:27 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 dekabr /Trend, D.Muxtarov/

Çərşənbə axşamı Qazaxıstanın Şımkent şəhərinin yaxınlığında 27 nəfəri daşıyan Sərhəd xidmətinə məxsus təyyarə qəzaya uğrayıb. Bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi yayıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Komitəsi Sərhəd xidmətinə məxsus An-72 təyyarəsi bu gün saat 18:55-də Astanadan Şımkentə uçarkən, Şımkent aeroportuna 20 km qalmış qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində Sərhəd xidmətinın direktoru vəzifəsini icra edən polkovnik Turqanbek Stambekov da daxil olmaqla 20 hərbi qulluqçusu və yeddi ekipaj üzvü olub.

İlkin məlumata görə, təyyarədəki insanların hamısı həlak olub. Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti