...

Ermənistanın bank sistemində böhran gözlənilir

Dünya xəbərləri Materials 15 Yanvar 2013 11:56 (UTC +04:00)
Son dövrdə Ermənistanın bank sistemindəki vəziyyətlə bağlı həyəcanlandırıcı məlumatlar daxil olur.
Ermənistanın bank sistemində böhran gözlənilir

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Son dövrdə Ermənistanın bank sistemindəki vəziyyətlə bağlı həyəcanlandırıcı məlumatlar daxil olur. Trend-in məlumatına görə, bu barədə Armenia Today "Aykakan Jamanak" qəzetinə istinadən yazır.

Qəzetin məlumatına görə, Ermənistanın bank sistemində ciddi böhrana səbəb ola biləcək problemlər yaranıb. Habelə kreditlərin qaytarılması ilə bağlı ciddi problemlər baş qaldırıb. Belə ki, borc götürənlər banklar qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilmir və "yenidən kreditləşmə" getdikcə daha geniş yayılır. Yəni borc götürənlər banka olan borclarını ödəmək üçün başqa bankdan kredit götürür.

Ermənistanın mövcud qanunvericiliyinə görə, belə "yenidən kreditləşmə" yumşaq şəkildə desək, təşviq edilmir. Lakin müvafiq strukturlar buna göz yummaq məcburiyyətindədirlər. Çünki əks halda, sistem dağıla bilər. Lakin bu qısamüddətli qərardır və hansısa məqamda belə maliyyə dövranı dayana bilər.

Banklar bank sisteminə vəsait tətbiq etmək üçün Mərkəzi Bankın iri maliyyə mənbəyi tapacağına ümid edirlər. Lakin görünür ki, ümidlər özünü doğrultmur. Bəzi məlumatlara görə, Ermənistanda fəaliyyət göstərən dörd bank ciddi çətinliklərlə üzləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti