...

Rusiya və Ermənistanın müdafiə nazirləri RF hərbi bazasının yerləşdirilməsini müzakirə ediblər

Dünya xəbərləri Materials 29 Yanvar 2013 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Ermənistanın və Rusiyanın müdafiə nazirləri Seyran Ohanyan və Sergey Şoyqu çərşənbə axşamı Yerevanda beynəlxalq və regional təhlükəsizlik problemlərini müzakirə ediblər və ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın gündəliyinin bir sıra aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu barədə jurnalistlərə Ermənistanın Müdafiə Nazirıliyinin rəhbəri bildirib. Trend-in məlumatına görə, xəbəri "Novosti-Armeniya" yazır.

"Biz habelə Rusiya hərbi bazasının yerləşdirilməsi ilə bağlı suallara də baxdıq", - Ohanyan deyib.

Onun sözlərinə görə, RF müdafiə naziri, ordu generalı Sergey Şoyqunun yanvarın 28-29-da Ermənistana baş tutan rəsmi səfəri planlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti