...

Ankarada yanğın 680 mağazanı məhv edib

Dünya xəbərləri Materials 6 Mart 2013 09:35 (UTC +04:00)
Ankarada bazarda baş vermiş yanğın nəticəsində 680 mağaza məhv olub.
Ankarada yanğın 680 mağazanı məhv edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Ankarada bazarda baş vermiş yanğın nəticəsində 680 mağaza məhv olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "TRT Haber" xəbər yayıb.

Yanğın yerli vaxtla gecə yarısı, "Rus bazarı" kimi məşhur olan Yunus Əmrə bazarında baş verib.

Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları fəaliyyət göstərir. Güclü maddi ziyana baxmayaraq, ölən və yaralılar barədə məlumat verilmir.

Yanğnın səbəblərindən biri kimi hadisənin qəsdən törədildiyi istisna edilmir. Ümumi ərazisi 10 min kvadrat metr olan bazarda 680 mağaza fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti