...

Buşəhr AES son yoxlamalardan keçir

Dünya xəbərləri Materials 13 Mart 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

Buşəhr AES-də rusiyalı ekspertlər tərəfindən son yoxlamalar aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İranın Atom Enerjisi üzrə təşkilatının rəhbəri Firidun Abbasiyə istinadən "Mehr" agentliyi xəbər yayıb.

"Hazırda AES bir neçə yoxlama mərhələlərindən keçir və hələ bir neçə sınaqlara ehtiyac var. Yalnız bundan sonra stansiya normal iş rejiminə keçə biləcək",-deyə Abbasi bildirib.

O, KİV-də bir müddət əvvəl yayılan Buşəhr AES-nin bağlanması ilə bağlı məlumatları şərh edib.

"AES-in işinin dayanmasına səbəb texniki problemlər olub. Generatorun turbinlərində texniki nasazlaqlar baş verib. Hazırda Rusiyadan olan ekspertlər daha sonrakı yoxlamalar üçün lazım olan avadanlıqları hazırlayırlar"- deyə Abbasi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti