Azərbaycan, Bakı,17 mart / Trend , müxbir D.Xatınoğlu/
İran parlamenti bazar günü ölkənin prezidenti tərəfindən namizədliyi verilmiş Məhəmməd-Həsən Təriqət Monfəredini yeni səhiyyə naziri vəzifəsində təstiq edib. Bu barədə Trend Mehr xəbər agentliyinə istinadən məlumat verir.
224 deputatdan 133 "lehinə", 99 "əleyhinə", 12 deputat isə bitərər olaraq səs veriblər.
Təriqət Monfəredin namizdəliyini İran prezidenti parlamentə martın 9-da təqdim edib.
İranın keçmiş səhiyyə naziri Mərziyə Vəhid Dəstcerdi Mərkəzi Banka qarşı kəskin tənqidlərinə görə 2012-ci ilin dekabr ayında prezident tərəfindən tutduöu vəzifəsindən azad edilmişdi.