...

İranlı mütəxəsislər Buşəhr AES üçün yanacaq çubuqları hazırlayıblar

Dünya xəbərləri Materials 11 Aprel 2013 12:29 (UTC +04:00)
İsfahandakı Uranın Zənginləşdirmə Mərkəzi (UCF) Buşəhr AES üçün yanacaq çubuqları hazırlayıb.
İranlı mütəxəsislər Buşəhr AES üçün yanacaq çubuqları hazırlayıblar

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İsfahandakı Uranın Zənginləşdirmə Mərkəzi (UCF) Buşəhr AES üçün yanacaq çubuqları hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "IRIB" agentliyi xəbər yayıb.

İranın Atom Energetikası Təşkilatı rəhbərinin müvaini Məhəmməd Canada Məraqinin sözlərinə görə, UCF-dən olan ekspertlər Buşəhrdə yerləşən AES üçün yanacaq çubuqları hazırlayıblar. Daha əvvəl onlar Tehran tədqiqat reaktoru və Ərakda yerləşən IR40 reaktoru üçün hazırlanıb.

"İşlər xarici dövlətlərin heç bir köməyi olmadan görülüb",- Məraqi digər təfərrüatları açıqlamayaraq bildirib.

İrana tibbi araşdırmalar üçün 20 faiz zənginləşdirilmiş uranın çatdırılmasında imtina olunduqdan sonra, 2012-ci ilin fevral ayında ölkə yerli istehsal olan uran çubuqlarını Tehran tədqiqat reaktoruna müvəffəqiyyətlə yüklənilməsinin ardından İran özü uranın zənginləşdirilməsi prosesinə başlayıb.

Məraqinin sözlərinə görə, İran nüvə reaktorlarını yanacaqla təmin etmək üçün uranı 20 faizədək zənginləşdirir.

Tehran tədqiqat reaktoruna uran yanacaq çubuqlarının yüklənməsi İranın və onu yaradan "Surah" şirkətinin ən böyük naliyyətlərindən biridir. Hazırda bu şirkət Buşəhr AES-də fəaliyyət göstərir", - o bildirib.

İranda Milli Nüvə Texnologiyaları Gününün bayram edilməsi çərçivəsində "Sağənd" uran hasilatı və "Rəzai Necad" uran oksidinin istehsalı komplekslərinin açılışı olub.

Məraqinin sözlərinə görə, İran hazırda Bəndər-Abbas və Sağənddə yerləşən mədənlərdən uran hasil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti