...

İranın sabiq prezidenti Rəfsancani prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib

Dünya xəbərləri Materials 29 Aprel 2013 05:29 (UTC +04:00)
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, prezident seçkilərində öz namizədliyinin irəli sürülməsini istisna etmir.
İranın sabiq prezidenti Rəfsancani prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib

Azərbaycan, Bakı, 29 aprel / Trend /

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani bildirib ki, prezident seçkilərində öz namizədliyinin irəli sürülməsini istisna etmir. Bu barədə Trend İranın Press TV telekanalına istinadən məlumat verir.

Həmçinin Rəfsəncani bazar günü Tehranda mətbuat konfransında bildirib ki, o, seçildiyi təqdirdə çoxpartiyalı kabinet yaradacaq.

Sabiq prezident, eyni zamanda Məqsədəuyğunluq Şurasının sədri bildirib ki, həmçinin İranın daxili və xarici siyasətində islahatların aparılması üzrə tədbirlər görəcək.

Rəfsəncani 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olub. 2005-ci ildə isə o, üçüncü müddətə namizədliyini verib, lakin seçkilər zamanı öz rəqibi Mahmud Əhmədinejada uduzub.

İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyun ayının 14-də keçəcək.

Prezidentliyə namizədlər mayın 7-dən 11-dək qeydiyyatdan keçəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti