Azərbaycan, Bakı, 8 may / Trend, müxbir E. Tariverdiyeva/
İlk qadın namizəd Raziyə Ümidvar İranda prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçmək məqsədilə ərizə verib. Bu barədə Trend çərşənbə günü "Fars" agentliyinə istinadən məlumat verir.
Ümidvarın sözlərinə görə, məqsədi ölkədə ümumi vəziyyətin yaxşılaşdırılması və cəmiyyətə xidmət etməkdir.
Əgər o seçkilərdə qalib gəlsə, İran İslam Respublikasının tarixində ilk qadın prezident olacaq.
Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb.
Qeydiyyat prosesi mayın 11-dək davam edəcək.
İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.
Ölkədə prezident 4 il müddətinə seçilir.