...

ABŞ dörd İran şirkətinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 10 May 2013 01:25 (UTC +04:00)
ABŞ silahların yayılmaması rejimini pozan dörd İran şirkəti və bir fərdi şəxs barəsində sanksiyalar tətbiq edib.
ABŞ dörd İran şirkətinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan, Bakı, 10 may /Trend/

ABŞ silahların yayılmaması rejimini pozan dörd İran şirkəti və bir fərdi şəxs barəsində sanksiyalar tətbiq edib, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Onlar İran hökumətinə uranın zənginləşdirilməsi üzrə imkanları yüksəldən malları və texnologiyanı göndəriblər", - bəyanatda deyilib.

Görülən tədbirlər amerikalılara bu şirkətlərlə sazişlər bağlamağa qadağa qoyulmasını, həmçinin onların ABŞ-da mümkün aktivlərinin dondurulmasını nəzərdə tutur .

Sanksiyalar İran şirkətləri Aluminat, Pars Amayesh Sanaat Kish, Pishro, Taghtiran Kashan, həmçinin İran vətəndaşı Pərviz Kxaki barəsində tətbiq olunub. Amerika hakimiyyətinin məlumatına görə, o, uranın zənginləşdirilməsi üzrə sentrifuqaların yaradılması üçün avadanlıqla təchiz edib.

"ABŞ belə fəaliyyəti araşdırmağa və öyrənməyə davam edəcək, eləcə də gələcəkdə İranda kütləvi qırğın silahın meydana çıxmasına və ya onun çatdırılması vasitələrinə imkan yaradan digər şirkətlərin adını çəkə bilər ", - dövlət departamentinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, silahların yayılmaması rejiminin pozulmasında iştirak edən həmçinin iran-venesuela bankı da şübhəli bilinir.

Xəbər lenti

Xəbər lenti