...

Davudoğlu: Türkiyə Reyhanlıda baş vermiş partlayışlardan sonra istənilən cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır

Dünya xəbərləri Materials 12 May 2013 05:42 (UTC +04:00)
Türkiyə hökuməti Reyhanlıda baş vermiş partlayışlardan sonra cavab olaraq istənilən tədbirləri həyata keçirmək hüququnu özündə saxlayır.
Davudoğlu: Türkiyə Reyhanlıda baş vermiş partlayışlardan sonra istənilən  cavab tədbirlərini həyata keçirmək hüququnu özündə saxlayır

Azərbaycan, Bakı, 12 may / Trend /

Türkiyə hökuməti Reyhanlıda baş vermiş partlayışlardan sonra cavab olaraq istənilən tədbirləri həyata keçirmək hüququnu özündə saxlayır. Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Berlində jurnalistlərə verdiyi müsahıbədə bildirib.

Davudoğlu həmçinin bildirib ki, partlayışlar məsələsini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək.

Onun sözlərinə görə, NATO-nun təcili görüşünün çağırılması zərurəti yoxdur.

Son məlumatlara görə, Hatay əyalətinin Reyhanlı şəhərində baş vermiş partlayışlar nəticəsində 43 nəfər həlak olub və 140 yaralanıb.

Xəbər lenti

Xəbər lenti