Gürcüstan, Tbilisi, 14 may /Trend, müxbir N. Kirtsxalia/
Gürcüstanın Baş naziri Bidzina İvanaşvili siyasətdən "lazım olan vaxtda" gedəcək. Bu barədə çərşənbə axşamı o, jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl İvanaşvili bildirmişdi ki, o, 2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən 1,5 - 2 il sonra siyasətdən gedəcək.
O bildirib: "Mən ehtiyac olan yerə gedəcəm. Mən yoxa çıxmayacam, getdiyim yerdə öz ölkəmə xidmət edəcəyəm".