Azərbaycan, Bakı, 16 may /Trend/
Yerevanın kənarında böyük yükdaşıma şirkəti "Spayka"ya məxsus, ümumi ərazisi 4,5 min kvadrat metr olan üçmərtəbəli bina yanğın nəticəsində tamamilə yanıb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi Ermənistan Xilasetmə İdarəsinin direktor müavini Nikolay Qriqoryana istinadən xəbər yayıb.
Onun sözlərinə görə, yanğın cümə axşamı gecə saatlarında baş verib:
"Hadisə yerinə təxminən 20-yə yaxın yanğınsöndürən maşın, bir neçə avtopilləkən, xilasetmə və FHN-in böhran idarəetmə mərkəzinin dəstələri gedib. Yanğınla bağlı üçüncü dərəcəli çağırış elan olunub. Hesab edirəm ki, yaxın bir neçə saat ərzində yanğın söndürüləcək".
O, həmçinin zərərçəkənlərin olmadığını bildirib.
"Spayka" şirkəti Ermənistanda ən böyük ərzaq məhsülları ixracatçısıdır. Şirkət MDB və Avropa ölkələrində beynəlxalq yükdaşınmalarla məşğul olur.