Azərbaycan, Bakı, 29 may /Trend/
"Armavia" şirkətinin əməkdaşları Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Panarmenian.Net" saytı xəbər yaylb.
Aviaşirkətin əməkdaşlarından biri Lilit Karpetyan bildirib ki, aksiya iştirakçıları öz maaşları üzrə borcların ödənilməsini tələb edirlər.
Aksiya iştirakçısının sözlərinə görə, aksiyada 50 nəfər iştirak edir.