...

İran ifşa edilmiş casusluq fəaliyyətinin təfərrüatlarını açıqlayıb

Dünya xəbərləri Materials 3 İyun 2013 11:28 (UTC +04:00)
İranda həbs edilən terror qruplaşmasının üzvləri ərəb ölkəsinə işləyiblər. Trend-in bazar ertəsi "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran bəyan edib ki, həmin qrup prezident seçkilərində təxribat aktları törətməyə hazırlaşıb.
İran ifşa edilmiş casusluq fəaliyyətinin təfərrüatlarını açıqlayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbirlər E. Tariverdiyeva, D. Xatınoğlu/

İranda həbs edilən terror qruplaşmasının üzvləri ərəb ölkəsinə işləyiblər. Trend-in bazar ertəsi "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Tehran bəyan edib ki, həmin qrup prezident seçkilərində təxribat aktları törətməyə hazırlaşıb.

İranın Kəşfiyyat Nazirliyinin bəyanatına əsasən, terror qruplaşmasının adı açıqlanmayan liderinin Böyük Britaniya nümayəndələri və İsrailin "Mossad" kəşfiyyatı ilə bağlantısı olub. Bununla belə, terror qrupunun işlədiyi dövlətin adı açıqlanmır.

Bundan başqa, qrupun lideri təxribatların keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsi məqsdəilə Hindistanda bahai icmasının iki üzvü ilə görüşüb.

Həbs edilmiş qrup üzvlərindən xeyli sayda silah da aşkarlanıb. Terrorçuların məqsədi İranın regionlarında dini qrupların nümayəndələri arasında nifaq yaratmaq olub.

Məlumata görə, qrupun 12 üzvü həbs edilib. Onlar casusluq və terror fəaliyyətilə məşğul olmaqda ittiham edilirlər.

Qrupun bəzi üzvləri əfqan mücahidləri və "Mücahiddin Xalq" təşkilatı ilə əlaqə yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti