...

Misir XİN rəhbəri: İsrail məskunlaşdırma siyasətini dayandırmalıdır

Dünya xəbərləri Materials 11 İyun 2013 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir S.Ağayeva/

Misir İsraili Qüds şəhərində yəhudi əhalisinin xeyrinə məskunlaşdırma siyasətini dayandırmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə Qüds şəhərinin inkişafına dəstək üzrə beynəlxalq donor konfransında çıxışı zamanı Misir XİN rəhbəri Məhəmməd Kamil Əmr bildirib.

XİN rəhbərinin sözlərinə görə, Misir Fələstin xalqına kömək etməyi öz borcu hesab edir və Fələstini BMT-yə üzv olmaq yolunda dəstəkləyir.

Nazir bildirib ki, Misir Azərbaycanın Fələstinə yardım göstərilməsi üzrə beynəlxalq konfransın keçirilməsi üzrə təşəbbüsünü yüksək qiymətləndirilir: "İsrail Fələstinlə bağlı öz siyasətinə son qoymalıdır".

O, həmçinin əlavə edib ki, fələstinlilərin hüquqlarının bərpası və qorunması üçün bütün imkanlardan istifadə edəcək.

Çərşənbə axşamı Bakıda Fələstin dövlətinə yardım göstərilməsi məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək üzrə donor konfransı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti