...

Ermənistanda suyun tariflərinin artırılacağı gözlənilir

Dünya xəbərləri Materials 12 İyun 2013 15:16 (UTC +04:00)
Ermənistanda kommunal xidmətlər tariflərinin artım paradı davam edir. Əhali suyun tariflərinin artırılacağını gözləyir.
Ermənistanda suyun tariflərinin artırılacağı gözlənilir

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Ermənistanda kommunal xidmətlər tariflərinin artım paradı davam edir. Əhali suyun tariflərinin artırılacağını gözləyir. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, əhali yaxın vaxtlarda suyun bir kub metrinə görə hazırkı 174 dram yox, 200 dramdan artıq vəsait ödəməli olacaq.

"Yerevancur" QSC artıq Ermənistanın ictimai xidmətlərini tənzimləyən komissiyaya müvafiq müraciət təqdim edib. Çərşənbə günü bu məsələ ilə bağlı işçi iclası keçiriləcək.

Ermənistan KİV vurğulayıb: " Maraqlıdır ki, qaz və elektrik enerjinə görə tariflərin artırılması qərarından sonra hakimiyyət maksimum şəkildə bu xəbəri yaymağa çalışıb. Onlar bununla da bütün pis xəbərləri mərhələli şəkildə, yəni növbə ilə çatdırmaq istəyirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti