...

Ermənistan prezidenti və Rusiyanın Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Dünya xəbərləri Materials 24 İyun 2013 10:58 (UTC +04:00)
Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikoloy Patruşev öz erməni həmkarı Artur Baqdasaryanın dəvəti ilə Yerevanda üçgünlük rəsmi səfərdədir.
Ermənistan prezidenti və Rusiyanın Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikoloy Patruşev öz erməni həmkarı Artur Baqdasaryanın dəvəti ilə Yerevanda üçgünlük rəsmi səfərdədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Armenia Today" xəbər yayıb.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Ermənistan prezidenti Serj Sarqsyanın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikoloy Patuşevlə baş tutan görüşündə "strateji müttəfiq olan iki dövlətin qarşılıqlı fəaliyyət məsələləri geniş müzakirə olunub".

Tərəflər regional hadisələrə və çağırışlara toxunublar, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqların hazırkı vəziyyətini müzakirə ediblər.

Sarqsyan və Patruşev xüsusilə Rusiya sərhədçilərinin qoruduğu Ermənistanın Türkiyə və İranla olan dövlət sərhədində təhlükəsizliyin yüksəldilməsi ilə bağlı aparılan işlərin gedişini müzakirə ediblər, keçid məntəqələrinin müasirləşdirilməsi və yenidən təchizatı məsələlərini nəzərdən keçiriblər.

Səfərin yekunlarına dair protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti