...

İran neft emalı prosesinin müasirləşdirilməsi üzrə 3 layihə işə salacaq

Dünya xəbərləri Materials 24 İyun 2013 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbirlər F.Kərimov, Y.Kosolapova/

İranda neft emalı prosesinin müasirləşdirilməsi üzrə 3 layihə yayın sonuna kimi işə salınacaq. Trend-in məlumatına görə, bu barədə "İSNA" agentliyi ölkənin neft nazirinin müavini Əlirza Zeyqəmiyə istinadən xəbər yayıb.

Zeyqəminin sözlərinə görə, layihələr Təbriz, İsfahan, Lavanda yerləşən NEZ-lərdə həyata keçirilir. Müasirləşdirmə üzrə layihələrinin həyata keçirilməsi Avro-4 standartına cavab verən benzin istehsal etməyə imkan verəcək.

Nazir müavini o cümlədən bildirib ki, İran ölkədə neft-kimya layihələrinin həyata keçirilməsi üzrə öhdəliklərini yerinə yetirməyən Avropa və Amerika şirkətlərini məhkəməyə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti