...

Misirdə toqquşmalar qurbanların sayı 17-ə qədər artıb

Dünya xəbərləri Materials 6 İyul 2013 03:04 (UTC +04:00)
Misirdə hakimiyyətdən kənarlaşdırılmış prezident Məhəmməd Mursi tərəfdarlarının və rəqiblərinin arasında toqquşmalar qurbanlarının sayı 17 nəfərə qədər artıb.
Misirdə toqquşmalar qurbanların sayı 17-ə qədər artıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Misirdə hakimiyyətdən kənarlaşdırılmış prezident Məhəmməd Mursi tərəfdarlarının və rəqiblərinin arasında toqquşmalar qurbanlarının sayı 17 nəfərə qədər artıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl Assoşieyted Press agentliyi bütün ölkə üzrə on həlak olmuş və toqquşmaların gedişatında 210 yaralı haqqında bildiririb. Toqquşmalara "Müsəlman qardaşları"nın ali rəhbəri Məhəmməd Badianın tərəfdarlarına xalq tərəfindən seçilmiş prezidentin müdafiəsinə çağırış nitqi səbəb olub. Badianın çıxışından dərhal sonra yüzlərlə "Müsəlman qardaşları "nın tərəfdarları Təhrir rayonu və televiziya mərkəzi tərəfinə hərəkət ediblər. Həmçinin ölkənin şimalında El-Əriş şəhərində iki polis əməkdaşının həlak olması haqqında bildirilib.

Yüz minlərlə Mursi tərəfdarları hərbçilərdən "hakimiyyəti qanuni seçilmiş prezidentə qaytarmağı" tələb edərək bütün Misir üzrə etiraz aksiyaları keçirib. Qahirədə Respublika qvardiyası qərargahının qarşısında, Mədinat-Nəsr məhəlləsi və Nil sahilində yerləşən Konstitusiya məhkəməsi binasının yanında Mursini dəstəkləyən nümayişçilər və güc strukturları arasında baş verən toqquşmalar haqqında məlumatlar daxil olub.

Xəbər lenti

Xəbər lenti