...

Nalbandyan Brüsselə səfər edəcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2013 11:01 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın günlərdə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Nalbandyan Brüsselə səfər edəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend /

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın günlərdə Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" qəzeti "Azatçyun" radiostansiyasına istinadən məlumat yayıb.

Hazırda səfərin vaxtı dəqiqləşdirilir.

Brüsseldə Nalbandyanın rəsmi Yerevanın Rusiya tərəfindən təşəbbüs edilən Gömrük İttifaqına daxil olmaq qərarı ilə bağlı izahatını təqdim edəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti