...

Britaniya İranın danışıqlara hazır olması barədə "bəyanatlarının səmimiliyini yoxlayacaq"

Dünya xəbərləri Materials 29 Sentyabr 2013 22:05 (UTC +04:00)
Böyük Britaniya İran hakimiyyətinin nüvə problemi üzrə danışıqlara hazır olduğu barədə bəyanatlarını alqışlayır, lakin konkret fəaliyətini gözləyir.
Britaniya İranın danışıqlara hazır olması barədə "bəyanatlarının səmimiliyini yoxlayacaq"

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Böyük Britaniya İran hakimiyyətinin nüvə problemi üzrə danışıqlara hazır olduğu barədə bəyanatlarını alqışlayır, lakin konkret fəaliyətini gözləyir. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə bazar günü Britaniyanın XİN rəhbəri Uilyam Heyq bildirib.

"Biz İran hökuməti tərəfindən danışıqlara hazır olduqları barədə yeni müsbət bəyanatları alqışlayırıq. Lakin bu ümidverici bəyanatları real işlə möhkəmləndirmək lazımdır. Biz İranın səmimiyyətini tam şəkildə yoxlayacağıq və özümüz tədbir görəcəyik", - Heyq Mançester şəhərində Mühafizəkar partiyasının konfransında çıxış edərək bildirib.

"İkitərəfli münasibətlərimizi yaxşılaşdırmağa yönələn danışıqlar, artıq başlanıb. Biz sadəlövh deyilik və heç vaxt idealist olmayacağıq. Lakin biz dinc yolla nüvə silahının yayılmasının qarşısının alınması və diplomatik yolla həll etmək üçün heç bir imkanı əldən verməyəcəyik", - nazir vurğulayıb.

Eyni zamanda Heyq bildirib ki, münaqişənin diplomatik you ilə həlli yalnız bir tərəfin hazır olması sayəsində çox vaxt lazım gələrsə gücdən istifadə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti