...

İran Facebook və Twitter saytlarına çıxışı bağlamağı davam edəcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2013 22:44 (UTC +04:00)
İran Facebook və Twitter saytlarına çıxışı bağlamağı davam edəcək.
İran Facebook və Twitter saytlarına çıxışı bağlamağı davam edəcək

Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir N.Umid /

İran Facebook və Twitter saytlarına çıxışı bağlamağı davam edəcək. Trend ISNA agentliyinə istinadən, bu barədə İranın informasiya və telekommunikasiya texnologiyaları naziri Mahmud Vaezi bazar ertəsi bildirib.

Bundan öncə bəzi İran KİV-ləri sentyabrın 9-da İranın internetin filtrasiyası üzrə komitəsinin üzvü Məhəmməd Reza Ağamiriyə istinadən bildiriblər ki, ölkə rəhbərliyi Facebook saytına girişi mümkün şərtlə olaraq açacaq.

"Biz Facebook-a qanunsuz və faydalı kontentin ayrılması üçün ağıllı filtrasiya sistemi inkişaf etdirməliyik", - Ağamiri bildirərək əlavə edib ki, yalnız bundan sonra Facebook saytına giriş açıla bilər.

İran prezidenti sentyabrda NBC telekanalına müsahibəsində internetdə İranda fəaliyyət göstərən senzuranın ləğvinin mümkünlüyü barədə sualın cavabında deyib ki, ölkədə vətəndaşların hüquqları üzrə komissiya formalaşdırılacaq. Bu zaman o, dəqiqləşdirməyib, onun funksiyaları konkret nədən ibarət olacaq.

Prezident həmçinin qeyd edib ki, onun fikrincə, informasiyaya çıxış bütün insanların, o cümlədən iranlıların hüququdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti