...

İranın "altılıqla" danışıqları uzadıla bilinər

Dünya xəbərləri Materials 15 Oktyabr 2013 22:03 (UTC +04:00)
İranın Cenevrədə "altılıq"la danışıqları çərşənbə günü günün birinci yarısında yekunlaşa bilər, əgər tərəflər qarşılıqlı anlaşma tapsalar, amma zərurət yarandığı təqdirdə bütün suallara ətraflı cavab vermək üçün İran nümayəndələri bir gün də qala bilərlər.
İranın "altılıqla" danışıqları uzadıla bilinər

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

İranın Cenevrədə "altılıq"la danışıqları çərşənbə günü günün birinci yarısında yekunlaşa bilər, əgər tərəflər qarşılıqlı anlaşma tapsalar, amma zərurət yarandığı təqdirdə bütün suallara ətraflı cavab vermək üçün İran nümayəndələri bir gün də qala bilərlər. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə İran nümayəndə heyətindəki mənbə bildirib.

Cenevrədə çərşənbə axşamı başlamış İranın nüvə proqramı üzrə danışıqlarda Tehran vəziyyətin həlli üçün yeni plan təqdim edib.

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif birinci mərhələ zamanı bu planın ümumi strateji məqamlarını müzakirə edib. Texniki aspektlər günün ikinci yarısında başlanan danışıqların ikinci raundunda müzakirə olunur.

Mənbənin sözlərinə görə, "altılıq" üçün əlavə suallar yarandığı təqdirdə danışıqların uzadılması istisna edilmir,.

"Hazırda İranın təklif etdiyi planın təfərrüatları müzakirə olunur. Sabahkı gün də təklifin detallarına həsr olunacaq. Əgər tərəflər qarşılıqlı anlaşmaya gəlsələr, danışıqlar artıq sabah günün birinci yarısında başa çata bilər. Amma zərurət yarandığı təqdirdə biz burada bir gün də qalmağa hazırıq", - mənbə deyib.

Xəbər lenti

Xəbər lenti